DÇ-2024: Yığmamızın oyunu "CBC Sport"da canlı yayımlanacaq

DÇ-2024: Yığmamızın oyunu "CBC Sport"da canlı yayımlanacaq

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Mediasport.az xəbər verir ki, saat 20:00-da başlanacaq matça giriş pulsuz olacaq.

Bu oyun Vitali Borisovun rəhbərlik etdiyi yığmamız üçün qrup birinciliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qrupda Rumıniyaya məğlub olub Niderlanda qalib gələn futzalçılarımızın final mərhələsi gələn il keçiriləcək mundiala yollanmaq uğrunda əsas rəqibi məhz Qazaxıstan millisidir.

Komandamız oktyabrın 11-də bu rəqiblə Astanada qarşılaşacaq.