Azərbaycan çempionu Serbiya milisinin üzvünü transfer etdi
Futzal üzrə Çempionlar Liqasına hazırlaşan "Araz-Naxçıvan" heyətini daha legionerlə gücləndirib.
Mediasport.az xəbər verir ki, son Azərbaycan çempionu Serbiya yığmasının müdafiəçisi Marko Prşiçlə 1 illik müqavilə bağlayıb.
Vaxtilə Serbiyanın "Ekonomaç" klubunda Naxçıvan təmsilçisinin indiki baş məşqçisi Vitali Borisovla birlikdə oynamış 33 yaxşlı futzalçı ötən mövsümü Küveytin "Əl Ərəbi" komandasında forma geyinib.
Xatırladaq ki, komandamız braziliyalılar Kadinyo, Kake Aledeş De Oliveyra (hər ikisi "Jetısu" Qazaxıstan), Covanni Valerio "Torreense" (Portuqaliya) və serb Lazar Milosavlyeviçi ("Crnica", Xorvatiya) transfer edib.