Millimiz əsas mərhələdə ilk oyunu İsveçə qarşı keçirəcək - TƏQVİM

Millimiz əsas mərhələdə ilk oyunu İsveçə qarşı keçirəcək - TƏQVİM

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsinin 5-ci qrupunun oyun təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə doğma azarkeşlər önündə start verəcək.

Yığmamız sonuncu matçını paytaxt Bakıda keçirəcək.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq.

Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində mübarizə aparacaq.

Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.

AVRO-2026. 5-ci qrup

11 dekabr

İsveç - Yunanıstan

17 dekabr

Azərbaycan - İsveç

31 yanvar

Xorvatiya - Azərbaycan

4 fevral

İsveç - Xorvatiya

Azərbaycan - Yunanıstan

7 mart

Yunanıstan - Xorvatiya

11 mart

Xorvatiya - İsveç

Yunanıstan - Azərbaycan

11 aprel

İsveç - Azərbaycan

Xorvatiya - Yunanıstan

15 aprel

Azərbaycan - Xorvatiya

Yunanıstan - İsveç