Azərbaycan çempionu Türkiyədən iranlı hücumçu transfer etdi

 Azərbaycan çempionu Türkiyədən iranlı hücumçu transfer etdi

Futbol üzrə Azərbaycan 2-ci Liqasında çempion olan "Baku Sportinq" heyətini gücləndirib.

Mediasport.az xəbər verir ki, yeni mövsümdən 1-ci Liqada yarışacaq paytaxt təmsilçisi iranlı forvard Şahin Balijani ilə anlaşıb.

Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olmuş 33 yaşlı hücumçu son mövsümdə Türkiyənin “Tuzlaspor” klubunda forma geyinib.

Daha əvvəl də Azərbaycanda oynamış futbolçu karyerasl ərzində “Xəzər” (Bakı), “Sabah”, “Keşlə” (indiki “Şamaxı”), “Şahin Buşehr”, “Mes Novin”, “Golreyhan”, “Havadar”, “Navad Urmiya” və “Malavanda (hamısı İran) oynayıb.