"Qəbələ"nin yetirməsi "Şamaxı" ilə müqavilə bağlayıb - RƏSMİ
Azərbaycan 1-ci Liqa təmsilçisi "Şamaxı" 2024-cü ildə ilk transferini rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi "Mingəçevir"dən ayrılan Roman Hüseynovla cari mövsümün sonuna qədər müqavilə imzalayıb.
Dünən Ramiz Məmmədovun baş məşqçisi olduğu komandanın 3 futbolçu ilə müqavilə imzaladığı haqda xəbər vermişdik.
"Şamaxı" 12 oyundan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi "Qəbələ" Futbol Akademiyasının yetirməsidir.