Azərbaycan cüdoçusu bürünc medal qazanıb - "Böyük dəbilqə"
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb.
Mediasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançımız üçüncü yer uğrunda görüşdə ABŞ-dən olan Cek Yonezukanı məğlub edib.
Ötən gün Leyla Əliyeva (48 kq) da bürünc medal qazanıb.
Qeyd edək ki, Azərbaycanın 14 cüdoçu ilə qatıldığı turnir sabah yekunlaşacaq.