Azərbaycan Olimpiya Oyunlarının güləş yarışında ilk medalı qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Mediasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız həlledici dueldə qırğızıstanlı Amantur İsmayılovla qarşılaşıb.
Rəqibinə 8:0 hesabı ilə qalib gələn Həsrət fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Xatırladaq ki, bu, Azərbaycanın yunan-Roma güləşçilərinin Parisdə əldə etdikləri yeganə mükafat olub.
Yarışda daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Taekvondoçu Qaşim Maqomedov (58 kq) gümüş medal qazanıb.
Boksçu Loren Alfonso Dominges (92 kq) isə finala çıxmaqla minimum ikinci yeri təmin edib.