Zöhrə Ağamirova Yay Olimpiya Oyunlarında mübarizəyə başladı
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Mediasport.az xəbər verir ki, 23 yaşlı idmançı fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edib.
23 yaşlı təmsilçimiz 30.200 xala layiq görülüb.
Ağamirova daha sonra halqa ilə nümayiş göstərib. Bu dəfə çıxışını bir qədər də yaxşılaşdıran gimnastımız hakimlərdən 32.500 xal ala bilib.
İdmançı axşam saatlarında lent və gürzlə də bacarığını göstərəcək. O, hələlik iki hərəkətin cəmində 62,700 xala malikdir.
Xatırladaq ki, dörd hərəkətin yekununda 22 iştirakçı arasında ilk 8"lik"də yer alanlar sabahkı finala vəsiqə qazanacaqlar.