Daha bir idmançımız Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycanın daha bir idmançısı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Mediasport.az xəbər verir ki, qılıncoynatma üzrə milli komandanın üzvü Anna Başta "Paris-2024"də iştirak hüququ əldə edib.
Təmsilçimiz Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) universal lisenziyasına yiyələnib.
Anna Başta Avropa çempionatı, Dünya Kuboku və "Qran-pri"lərdəki çıxışlarına görə bu hüquqa sahib olub:
“Parisə gedirəm! Buna görə çox sevinirəm. Təsnifat mərhələsindəki zədə üzündən olimpiadaya lisenziya qazana bilmədikdən sonra bu, əla xəbər oldu. Bu qərara görə FIE-yə təşəkkürümü bildirirəm. Avropa çempionatındakı qələbə, Dünya Kuboku və "Qran-pri"dəki çıxışımı nəzərə alsaq, lisenziyaya layiqəm”, - deyə idmançı vurğulayıb.
Xatırladaq ki, bu, Azərbaycanın 4-illiyin zirvə yarışına 27-ci vəsiqəsi olub.