Azərbaycanın daha bir idmançısı olimpiadaya lisenziya qazanıb
Azərbaycanın daha bir idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Mediasport.az xəbər verir ki, kamandan oxatma yarışında Yaylagül Ramazanova 4-illiyin zirvə yarışında iştirak hüququ əldə edib.
İdmançımız bu uğura Türkiyənin Antalya şəhərində keçirilən Dünya Təsnifat Turnirində imza atıb.
Bununla da Azərbaycan milli komandasının 15 idman növündə lisenziya qazanan idmançılarının sayı 38-ə yüksəlib.