60 yaşlı atlet 40 ildən sonra olimpiadaya lisenziya qazanıb
Venesuelalı güllə atıcısı Leonel Martines unikal göstəriciyə imza atıb.
Mediasport.az xəbər verir ki, 60 yaşlı atlet 40 ildən sonra Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Panamerikan oyunlarında uğurla çıxış edən idmançı 1984-cü il olimpiadasından sonra ilk dəfə dördilliyin zirvə yarışında iştirak etmək imkanı əldə edib.
O, gələn yay Fransada keçiriləcək Olimpiya Oyunlarında çıxış edəcək.
Maraq üçün deyək ki, Olimpiya Oyunları tarixində ən böyük fasilə yapon idmançı Xirosi Xokesuya məxsusdur.
1964-cü ildə at yarışlarında çıxış etmiş asiyalı 44 il sonra yenidən olimpiadaya lisenziya qazanıb.