Azərbaycan milli komandasının Parisə lisenziya sayı 24-ə çatıb
Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya əldə edib.
Mediasport.az xəbər verir ki, güləşçimiz Mariya Stadnik (50 kq) İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində bu uğura nail olub.
Bununla da Azərbaycan milli komandasının lisenziya sayı 24-ə çatıb.
Paris-2024 Yay Olimpiya Oyunları
Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Gimnastika
Zöhrə Ağamirova, bədii gimnastika
Selcan Maqsudova, batut gimnastikası
Güləş
Əliabbas Rzazadə (57 kq), sərbəst güləş
Hacı Əliyev (65 kq), sərbəst güləş
Turan Bayramov (74 kq), sərbəst güləş
Osman Nurmaqomedov (86 kq), sərbəst güləş
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş
Murad Məmmədov (60 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Rafiq Hüseynov (87 kq), yunan-Roma güləşi
Sabah Şəriəti (130 kq), yunan-Roma güləşi
Mariya Stadnik (50 kq), qadın güləşi
Atletika
Anna Skidan, çəkicatma
Boks
Nicat Hüseynov (51 kq)
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Taekvondo
Qaşım Maqomedov (58 kq)
Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)
Basketbol
Qadın yığması, 3x3 növü
Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)