Azərbaycan idmançısı Olimpiya Oyunlarına qələbə ilə başladı

Azərbaycan idmançısı Olimpiya Oyunlarına qələbə ilə başladı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yarışan idmançı 1/16 finalda braziliyalı Rafael Silva ilə qarşılaşıb.

Qələbə qazanan Kokauri 1/8 finala vəsiqə qazanıb. O, Martti Puumalainen (Finlandiya) ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.