Azərbaycanın "Paris-2024"ə qazandığı lisenziya 26-ya çatıb

 Azərbaycanın "Paris-2024"ə qazandığı lisenziya 26-ya çatıb

Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı lisenziya sayı 26-ya çatıb.

Mediasport.az xəbər verir ki, son olaraq triatlonçumuz Rostislav Pevtsov 4-illiyin zirvə yarışında iştirak hüququ əldə edib.


Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar


Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi)

Keişa Fatimə Zəhra (qadınlar, fərdi)


Gimnastika

Zöhrə Ağamirova, bədii gimnastika

Selcan Mahsudova, batut gimnastikası

Qrup hərəkətləri komandası, bədii gimnastika (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)


Güləş

Əliabbas Rzazadə (57 kq), sərbəst güləş

Hacı Əliyev (65 kq), sərbəst güləş

Turan Bayramov (74 kq), sərbəst güləş

Osman Nurmaqomedov (86 kq), sərbəst güləş

Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş

Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş

Murad Məmmədov (60 kq), yunan-Roma güləşi

Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi

Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi

Rafiq Hüseynov (87 kq), yunan-Roma güləşi

Sabah Şəriəti (130 kq), yunan-Roma güləşi

Mariya Stadnik (50 kq), qadın güləşi


Atletika

Anna Skidan, çəkicatma


Boks

Nicat Hüseynov (51 kq)

Murad Allahverdiyev (80 kq)

Məhəmməd Abdullayev (+92 kq)


Taekvondo

Qaşım Maqomedov (58 kq)


Atıcılıq

Ruslan Lunyov (10 m, pnevmatik tapança)


Basketbol

Qadın yığması, 3x3 növü


Avarçəkmə

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)


Triatlon

Rostislav Pevtsov