Azərbaycan taekvondoçusu olimpiadaya qələbə ilə başladı

Azərbaycan taekvondoçusu olimpiadaya qələbə ilə başladı

Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 finalda ilandiyalı Cek Uolley ilə qarşılaşıb.

Rəqibinə qalib gələn idmançımız 1/4 finala yüksəlib.

Maqomedov ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesablı qələbələr qazanıb.

İdmançımızın növbəti raundda rəqibi saat 17:32-də ispaniyalı Adrian Visente olacaq.