Azərbaycan klubu nigeriyalı baş məşqçini istefaya göndərdi

Azərbaycan klubu nigeriyalı baş məşqçini istefaya göndərdi

“Şəki” basketbol komandası baş məşqçi Aleksandr Uco ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, nigeriyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Şəki təmsilçisi A.Uconun rəhbərliyi altında ötən mövsüm Azərbaycan Basketbol Liqasında 10 komanda arasında sonuncu yeri tutub.

O, komandaya ötən ildən rəhbərlik edirdi.