Milli komandamız Bakıdakı Avropa çempionatında 5-ci yeri tutdu
Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatının "C" divizionunda 5-ci olub.
mediasport.az xəbər verir ki, 5-9-cu yerlər uğrunda mübarizədə sonuncu oyununa çıxan yığma "Sərhədçi" İdman Mərkəzində San Marino ilə qarşılaşıb.
Matç yığmamızın qələbəsilə yekunlaşıb - 69:63.