Milli komandamız Avropa çempionatında 17-ci yeri tutdu
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa çempionatını 17-ci pillədə başa vurub.
mediasport.az xəbər verir ki, komanda yarışın qrup mərhələsində uğursuz çıxış etməklə mübarizəni dayandırıb.
Ataman Güneyligilin komandası Çexiya (3:0), Almaniya (1:3), Türkiyə (0:3), Yunanıstan (3:2) və İsveç (1:3) ilə qarşılaşmaların yekununa əsasən, C qrupunu 5 xalla 5-ci pillədə başa vurublar. 1/8 finala isə hər qrupda ilk 4 yeri tutan komandalar (ümumilikdə 16) yüksəlib.
Azərbaycan millisi Avropa çempionatının digər uğursuzları - Bosniya və Herseqovina, Xorvatiya, Sloveniya, Macarıstan, Yunanıstan, Finlandiya və Estoniya yığmalarını qabaqlayıb. Təmsilçimiz 2 il öncə keçirilən analoji turnirdə 24 komanda arasında sonuncu olmuşdu.
Qeyd edək ki, 32-ci Avropa çempionatının oyunları Belçika, Almaniya, İtaliya və Estoniyada keçirilir. Yarışa sentyabrın 3-də baş tutacaq final görüşü ilə yekun vurulacaq