Ölkə çempionatlarının liderləri heyətlərini gücləndiriblər
Qadınlardan və kişilərdən ibarət “Azərreyl” voleybol klubları heyətini gücləndirib.
Mediasport.az xəbər verir ki, məlumatı komandaların mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisinin kişi kollektivi serbiyalı Miloş Antoniçi transfer edib. 37 yaşlı oyun qurucusu 197 sm boya malikdir.
Qadınlardan ibarət komanda isə çinli Jiarui Yu ilə anlaşıb. 27 yaşlı asiyalının boyu 182 sm-dir.
Qeyd edək ki, hazırda klubun hər iki komandası Azərbaycan çempionatının liderdir.