Millimiz Gürcüstana yollandı

  Millimiz Gürcüstana yollandı

Kişilərdən ibarət çimərlik voleybolçularımız Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər. 

Mediasport.az xəbər verir ki, onlar beynəlxalq yarışda iştirak etmək üçün Gürcüstana yola düşüblər.

26-29 sentyabrda keçiriləcək turnirdə Azərbaycanı 1 kişi komandası (Heydər Məmmədli / Nəriman Bayramlı) təmsil edəcək.

Çempionatda iştirak edən komandalar FİVB reytinq xalları qazanacaq.