Millimizin lideri zədə səbəbindən Belqrad yarışını başa vura bilməyib
Atletika üzrə Azərbaycan millisinin lideri Nazim Babayev zədələnib.
Mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
26 yaşlı idmançı Dünya Atletikasının gümüş səviyyəli turniri olan “Belqrad qış turniri” üçün Serbiyaya yollansa da, zədə ucbatından yarışda mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 44 ölkədən 160 atlet iştirak edir.