Bakıda 100 km məsafəyə ultramarafon qaçış yarışı baş tutub

Bakıda 100 km məsafəyə ultramarafon qaçış yarışı baş tutub

Bakıda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyi münasibətilə 100 km məsafəyə ultramarafon qaçış yarışı keçirilib.

Mediasport.az xəbər verir ki, qaliblərin mükafatlandırılması mərasimində Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirak ediblər.

Gecə saat 03:00-da start götürən ultramarafonda kişilər arasında Üzeyir Söylemez, qadınlar arasında isə Leyla Abdinova birinci yeri tutublar.

Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutub.