Azərbaycan idmançısı bu dəfə Dünya Kubokunda finişə çata bilmədi

Azərbaycan idmançısı bu dəfə Dünya Kubokunda finişə çata bilmədi

Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov Kalyaridə (İtaliya) keçirilən Dünya Kubokunda da uğursuz çıxış ilə yadda qalıb.

mediasport.az xəbər verir ki, təmsilçimiz Əbu-Dabidə olduğu kimi, İtaliyada da finişə çata bilməyib.

Startda 1500 metr məsafəni üzmə və velosipedlə 38 km məsafə tapşırıqlarını yerinə yetirsə də, sonuncu 10 km-in öhdəsindən gəlməyib.

Pevtsov mart ayında Əbu-Dabidə keçirilən Dünya Seriyasının mərhələ yarışında da ümidləri doğrultmamışdı.