Sarıyeva gümüş medal qazandı

Sarıyeva gümüş medal qazandı

Azərbaycanın qadın atleti Yekaterina Sariyeva Serbiyanın paytaxtı Belqradda keçirilən "World Athletics Indoor Tour" (Silver Level) turnirində uğurla çıxış edib.

mediasport.az xəbər verir ki, idmançımız üçtəkanla tullanma növündə qüvvəsini sınayıb.

O, 13.33 metr nəticəylə gümüş medal qazanıb.