3 idmançımız lisenziya xarakterli yarışda final mərhələsinə yüksəlib

3 idmançımız lisenziya xarakterli yarışda final mərhələsinə yüksəlib

Azərbaycanın 3 atleti Qazaxıstanın Ust Kameniqorsk şəhərində keçirilən Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarışda final mərhələsinə vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, İlahə Quliyeva, Lamiyə Vəliyeva və Əlhəm Nağıyev olimpiadaya lisenziya uğrunda şanslarını davam etdirmək imkanı qazanıblar.

Qadın idmançılarımız 400 m, Əlhəm Nağıyev isə 60 m məsafəyə qaçışda finala yüksəlib.

Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.