Avropa Kuboku: Azərbaycan millisindən uğursuz start

Avropa Kuboku: Azərbaycan millisindən uğursuz start

3x3 basketbol üzrə qadınlardan ibarət milli komandalar arasında Avstriyanın paytaxtı Vyanada Avropa Kuboku start götürüb.

Mediasport.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan ilk oyununu İspaniyaya qarşı keçirib və uduzub.

Yığmamız daha sonra 19:15-də Avstriya ilə qarşılaşacaq.

Qrupda ilk iki yerin sahibi 1/4 finala adını yazdıracaq.

Avropa Kuboku. C qrupu

Azərbaycan - İspaniya 12:20