Basketbol Liqası: "Sabah"la "Gəncə" üçün səfər, "Neftçi" üçün ev sınağı

  Basketbol Liqası: "Sabah"la "Gəncə" üçün səfər, "Neftçi" üçün ev sınağı

Azərbaycan Basketbol Liqasında (ABL) 17-ci turun oyun təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmalar 10-14 aprel tarixləri aralığında keçiriləcək.

Bütün matçlar Azərbaycan Basketbol Federasiyasının (ABF) rəsmi "YouTube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Yalnız "Sərhədçi" - "Xəzri" görüşünü "CBC Sport" kanalından izləmək mümkün olacaq.

Azərbaycan Basketbol Liqası. 17-ci tur

10 aprel

"Sərhədçi" - "Xəzri"

"Sərhədçi" İdman Mərkəzi, 19:30.

11 aprel

"Neftçi" - "Xırdalan"

"Sərhədçi" İdman Mərkəzi, 19:30.

12 aprel

"Sumqayıt" - "Sabah"

Sumqayıt Olimpiya İdman Kompleksi, 19:30.

13 aprel

"Cəlilabad" - "NTD-İndiqo"

Cəlilabad Olimpiya İdman Kompleksi, 14:00.

14 aprel

"Şəki" - "Gəncə"

Şəki Olimpiya İdman Kompleksi, 14:00.