Yeni reytinq açıqlandı: Azərbaycan yığma komandası 1 pillə gerilədi

Yeni reytinq açıqlandı: Azərbaycan yığma komandası 1 pillə gerilədi

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

Mediasport.az xəbər verir ki, cədvəldə dünyanın 30 ən yaxşı komandası yer alıb.

Azərbaycan millisi reytinqdə 1 pillə geriləyərək 6-cı sıraya düşüb. Komandamızın aktivində 353,841 xal var.

Niderland yığması 374,267 xalla basketbolçularımızı qabaqlayıb.

Reytinqə 694,993 xalla Kanada başçılıq edir. Fransa ikinvi (456,178), Çin üçüncü (425,053), Almaniya dördüncü (397,739) pillədə qərarlaşıb.