Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu
Albaniyanın paytaxtı Tiranada keçirilən “Albanian Open” beynəlxalq turnirində yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi birinci yeri tutub.
Mediasport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, yığma turniri 5 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurub.