Mundialda 7-ci taekvondoçumuz mübarizəyə başlayır - DÇ-2023
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında bu gün daha bir idmançımız dayanq üzərinə çıxacaq.
mediasport.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq Xanoğlan Kərimov 1/16 final çərçivəsində Portuqaliya təmsilçisi Alfredo Martinslə görüşəcək.
Dünya çempionatı iyunun 4-də yekunlaşacaq.
Mundialın geridə qalan 3 günündə milli komandamızın 6 taekvondoçusu mübarizə aparıb və hamısı medalsız qalıb. Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) ümidləri doğrultmayıblar.