Azərbaycan yığması bu gün iki matçda meydana çıxacaq
Mini-futbol üzrə Azərbaycan milli komandası bu gün təlim-məşq toplanışında olduğu Monteneqroda start götürəcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda eyni gündə 2 matç keçirəcək.
Futbolçularımız turnirin açılış oyununda Rumıniya ilə qarşılaşacaqlar. Görüş Bakı vaxtilə saat 18:00-da başlanacaq.
Millimiz daha sonra Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Bu duel 23:15-də start götürəcək.
Komandamızın turnir çərçivəsində son qarşılaşması sabah meydan sahibi Monteneqroya qarşı olacaq.
Qeyd edək ki, yığmamız iki gün əvvəl Monteneqro seçməsinə yoldaşlıq görüşündə 2:0 hesabı ilə qalib gəlib.
Bu turnir Azərbaycan yığması üçün iyunun 1-dən 9-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.