Azərbaycan millisi dünya reytinqində ikinci pilləyə yüksəlib

Azərbaycan millisi dünya reytinqində ikinci pilləyə yüksəlib

Dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Mediasport.az xəbər verir ki, bundan əvvəlki reytinqdə 5-ci olan Azərbaycan yığması üç pillə irəliləyib.

Komandamız 3000 xalla yeni sıralamada 2-ci pilləyə yüksəlib.

Reytinq cədvəlinə aktivində 4125 xalı olan son dünya çempionu Rumıniya yığması başçılıq edir.

Macarıstan, Qazaxıstan və Çexiyə milliləri müvafiq olaraq 3-5-ci yerlərdə qərarlaşıb.