Ölkə çempionu müəyyənləşdi
Mini-futbol üzrə Azərbaycan çempionu müəyyənləşib.
MediaSport.az xəbər verir ki, ötən il olduğu kimi, bu il də qalib "Birbaşa" komandası olub.
Komanda Bakı Tennis Akademiyasında keçirilən həlledici qarşılaşmada keçənilki kimi, "Zirə"dən üstün olub - 2:1. Kuboku qazanan "Birbaşa" yenidən ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib.
Ölkə çempionatında 3-cü yeri isə "Bakı"nı 5:2 hesabı ilə məğlub edən "Qarabağ" tutub.