Azərbaycan millisi tarixində ilk dəfə AÇ-də gümüş medal qazanıb

 Azərbaycan millisi tarixində ilk dəfə AÇ-də gümüş medal qazanıb

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan komandası son turda Serbiyanı məğlub edib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva son turda qələbə qazanıb, Günay Məmmədzadə məğlub olub.

Yekunda 3:1 hesablı qələbə qazanan Azərbaycan komandası tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına layiq görülüb.

Qeyd edək ki, millimiz yarışın 7 turunda qalib gəlib, yalnız gələcək çempion olan Bolqarıstana uduzub.

Şahmatçılarımız 1 tur isə heç-heçə ediblər.

Kişi şahmatçılardan ibarət komandamız isə turniri medalsız başa vurub. Yığma son turda İtaliya ilə "sülh" bağlayıb.