Teymur Rəcəbov mövqeyini qorudu, Şəhriyar Məmmədyarov gerilədi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
mediasport.az xəbər verir ki, sırlamada ən uğurlu təmsilçimiz Teymur Rəcəbov 2747 xalla 11-ci pillədəki mövqeyini qoruyub.
Şəhriyar Məmmədyarov bir pillə geriləyərək 2740 xalla 15-ci olub. Siyahıya əvvəlki kimi norveçli Dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2793) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2427) 39-cudur. Gənclər arasında Dünya çempionu Gövhər Beydullayeva 2387 xalla 58-ci sırada qərarlaşıb.