Macarıstanda 45-ci Ümumdünya Şahmat Olimpiadası başlayır

 Macarıstanda 45-ci Ümumdünya Şahmat Olimpiadası başlayır

Bu gün Macarıstanda 45-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçiriləcək.

Mediasport.az xəbər verir ki, kişilərin mübarizəsində 197, qadınların yarışında isə 184 ölkənin komandası mübarizə aparacaq.

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasında Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı çıxış edəcək.

Kapitan kimi Teymur Rəcəbov komandaya kömək edəcək. Kişi şahmatçılardan ibarət komanda reytinqə əsasən, 12-ci pillədə qərarlaşıb.

Qadın şahmatçılardan ibarət milli komandada Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar.

Kapitan Mixail Şereşevski olacaq. Komanda reytinqə əsasən 6-cı sırada yer alıb.

Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək. Yarışda ilk turun partiyaları sentyabrın 11-də keçiriləcək.