İddiaçılar Turnirində 12-ci tur: Nicat Abasov Qukeşə uduzub
Kanadanın Toronto şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turniri davam edir.
Mediasport.az xəbər verir ki, yarışda 12-ci turun oyunları baş tutub.
Azərbaycan təmsilçisi Nicat Abasov hindistanlı Dommaracu Qukeşlə qarşılaşıb. Ağ fiqurlarla oynayan Abasov rəqibinə uduzub - 0:1.
28 yaşlı qrossmeysterimiz 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Turnir aprelin 22-də yekunlaşacaq.
8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ qazanacaq.