Voleybolçumuzdan Rumıniya Superkubokunda gümüş medal
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Rubanın çıxış etdiyi “Luqoy" klubu Rumıniya Superkubokunun finalın oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, 28 yaşlı voleybolçumuzun şərəfini qoruduğu kollektiv "Voley Alba Blay"a 1:3 hesabı ilə məğlub olub.
Rubanın komandası gümüş medalla kifayətlənib.