Milli komandamız Polşada AVRO-2024 üçün mübarizə aparacaq

Milli komandamız Polşada AVRO-2024 üçün mübarizə aparacaq

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Mediasport.az xəbər verir ki, turnir Polşanın Qojuv-Velkopolski şəhərində baş tutacaq.

5 ölkənin yığma komandası AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, EEVZA 10-14 yanvar tarixlərində keçiriləcək.