Azərbaycan yığmasının üzvü İspaniya klubu ilə müqavilə bağladı

Azərbaycan yığmasının üzvü İspaniya klubu ilə müqavilə bağladı

Futzal üzrə Azərbaycan millisinin üzvü Qalo karyerasını İspaniyada davam etdirəcək.

Mediasport.az xəbər verir ki, o, “Mansanares”lə müqavilə imzalayıb.

Qalo transferi  ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib:

“Mən bura  “Mansanares”i layiq olduqları yerə aparmağa kömək etmək üçün güclü bir istəklə gəlmişəm”.

Qeyd edək ki, futzalçı bundan əvvəl İndoneziyanın “Bintanq Timur” klubunda çıxış edib.