UEFA-dan Ağayevə növbəti təyinat - "Malmö"nün matçını idarə edəcək
FİFA referisi Əliyar Ağayev UEFA tərəfindən növbəti dəfə təyinat alıb.
Mediasport.az xəbər verir ki, 38 yaşlı ədalət təmsilçisi Avropa Liqasının əsas mərhələsinin 5-ci tur matçında iş başında olacaq.
O, Macarıstanda baş tutacaq “Ferensvaroş” - “Malmö” (İsveç) qarşılaşmasını idarə edəcək.
Ə.Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər, 4-cü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Xatırladaq ki, Ağayev və briqadası 4-cü turun "Bolonya" - "Monako" (0:1) matçında söz sahibi olub.