Azərbaycan Premyer Liqası klubunun yeni transferi artıq Bakıdadır

Azərbaycan Premyer Liqası klubunun yeni transferi artıq Bakıdadır

Yay hazırlıqlarını davam etdirən “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

MediaSport.az saytına verilən məlumata görə, bir müddətdir Gəncə təmsilçisi ilə danışıqlar aparan Olavale Onanunqa artıq Azərbaycandadır.

Tərəflər bütün detallarda razılığa gəliblər, bircə münasibətləri rəsmiləşdirmək qalıb. Qərb klubu nigeriyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlayacaq.

26 yaşlı afrikalı son 2 mövsümü "Kastrioti"də keçirib. Albaniya klubunun heyətində 56 oyuna 1 qol vurub.

"Transfermarkt" portalında futbolçunun dəyəri 175 min avro göstərilib. "Kəpəz"in Onanunqa ilə illik 150 min dollara razılaşdığını bildirilir.