"Qəbələ"nin eks forvardı millimizlə matç üçün heyətə çağırıldı - SİYAHI
Estoniya milli komandasının UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan yığması və daha sonra İsveç seçməsi ilə matçları üçün heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, yeni baş məşqçi Yürgen Henn Tallinndə C liqasının oktyabrın 11-də Azərbaycan, 14-də isə skandinavlarla reallaşacaq qarşılaşmalar üçün siyahıya 26 futbolçunun adını daxil edib.
37 yaşlı mütəxəssisin sərəncamında 3 qapıçı olacaq.
Qapıçılar: Karl Yakob Hein (“Valyadolid”, İspaniya), Matvey İqonen (“Botev”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);
Müdafiəçilər: Karol Mets (“Sankt Pauli", Almaniya), Artur Pikk (“Odra”, Polşa), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Marten Kuusk (“Katovitse”, Polşa), Maksim Paskotsi (“Qrasshopper”, İsveçrə), Mixail Lilander (“Payde”), Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”);
Yarımmüdafiəçilər: Mattias Kayt (“Rapid”, Rumıniya), Martin Miller (“Bohemians, İrlandiya), Vlasi Sinyavski (“Slovaçko”, Çexiya), Markus Poom (“Şemrok", İrlandiya), Mixkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Martin Vetkal (“Brommapoykarna”, İsveç), Kevor Palumets ("Helsinki", Finlandiya), Patrik Kristal (“Payde”);
Hücumçular: Sergey Zenyov (“Flora”), Henri Anier (“Li Man”, Honkonq), Erik Sorqa (“Ho Çi Min Siti”, Vyetnam), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Robi Saarma (“Payde”).
Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda baş tutacaq.