"Turan Tovuz" Premyer Liqada bütün rəqiblərini qabaqlayıb
Bu mövsüm "Turan Tovuz"un ev oyunlarını izləyən azarkeşlərin sayı açıqlanıb.
Bu barədə məlumatı Mediasport.az saytına qərb klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev verib.
Klub rəsmisi bildirib ki, mövsümün ilk yarısında evdə baş tutmuş 9 qarşılaşmanı ümumilikdə 38 min 900 azarkeş stadiondan izləyib. Bu, orta hesabla hər matça 4 min 322 tamaşaçı deməkdir.
Tovuz təmsilçisi bu göstərici ilə Premyer Liqanın bütün klublarını geridə qoyub.
Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv qış fasiləsinə 18 oyundan 22 xalla 7-ci pillədə yollanıb.