Amil Yunanovdan ölkə çempionatlarında 50-ci qol

Amil Yunanovdan ölkə çempionatlarında 50-ci qol

Amil Yunanov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.

Mediasport.az xəbər verir ki, forvardın yubileyi Azərbaycan Premyer Liqasının XXI turuna təsadüf edib.

"Kəpəz"in 31 yaşlı hücumçusu “Araz-Naxçıvan”la ev görüşündə fərqlənib. O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçdakı son qolun müəllifi olub.

Yunanov Premyer Liqadakı 191-ci oyununda “50”yə çatıb. Onun orta məhsuldarlığı 0,26-ya bərabərdir.

“Kəpəz”də ilk qolunu vuran Amil bunadək “Sumqayıt”da 28, “Şamaxı”da 14, “Səbail”də 6, “Qəbələ”də 1 dəfə fərqlənib.

Qeyd edək ki, Amilin Premyer Liqada ilk qolu 2011/12 mövsümünəə - 2012-ci il mayın 11-də “Qəbələ”nin “Neftçi” ilə səfər görüşünə təsadüf edib - 1:0.