Azərbaycan yelkənçiləri beynəlxalq yarışda 3-cü yeri tutublar

Azərbaycan yelkənçiləri beynəlxalq yarışda 3-cü yeri tutublar

Azərbaycan yelkənçiləri Türkiyədə keçirilmiş "XI Erk Çelik Halat Bodrum" beynəlxalq yarışında uğurlu çıxış ediblər.

Mediasport.az xəbər verir ki, verilən məlumata görə, turnirə optimist sinifi üzrə qatılan idmançılardan Davud Babazadə və Nərgiz Məmmədova 7 ölkə arasında üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışda məşqçi Yasin Çakırın rəhbərliyi altında milli üzvlərindən Nəzrin Məmmədova, Emel Məmmədli, Nərgiz Məmmədova, Kamal Bəşirli, Davud Babazadə və Furkan Mustafayev mübarizə aparıblar.