Millimiz Madridə yollandı

Millimiz Madridə yollandı

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası bu gün İspaniyaya yollanıb.

mediasport.az xəbər verir ki, yığma baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında Madriddə təlim-məşq toplanışı keçəcək.

Hazırlıqda Həsən Məlikov (48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes, Rauf Rəhimov (hər ikisi 92 kq) və Məhəmməd Abdullayev (+92 kq) iştirak edəcəklər.

Yığma dekabrın 10-dək davam edəcək təlim-məşq toplanışında İspaniya, Bolqarıstan, Fransa, Meksika və Braziliya milliləri ilə birgə hazırlaşacaq. Madriddə məşqlərlə yanaşı, sınaq döyüşləri də keçiriləcək.

Boksçularımız dekabrın 11-də Bakıya qayıdacaqlar.