Yığmamızın rəqibləri müəyyənləşdi: İspaniya, Portuqaliya, Polşa

Yığmamızın rəqibləri müəyyənləşdi: İspaniya, Portuqaliya, Polşa

İyunun 21-də Polşanın Krakov şəhərində start götürəcək III Avropa Oyunlarında çimrəlik futbolu üzrə yarışın püşkatma mərasimi keçirilib.

mediasport.az xəbər verir ki, Azərbaycan milli komandası "A" qrupunda Polşa, Portuqaliya və İspaniya yığması ilə mübarizə aparacaq.

Üçüncü dəfə təşkil olunacaq Avropa Oyunları iyulun 2-nə qədər davam edəcək. Yarışda 7 min idmançı iştirak edəcək. Birinci Avropa Oyunları 2015-ci ildə Bakıda, ikincisi isə 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçirilib.