Rahilin komandasını kubokda növbəti mərhələyə buraxmadılar
Polşa Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomiak” doğma meydanda “Şlensk”lə qarşılaşıb.
Rahilin 90 dəqiqə meydanda olduğu matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb və Radom təmsilçisi kubokla vidalaşıb.