Azərbaycanda bu stadionun ot örtüyü dəyişdirilir - FOTOLAR

 Azərbaycanda bu stadionun ot örtüyü dəyişdirilir - FOTOLAR

Binə qəsəbə stadionunda süni ot örtüyünün dəyişdirilməsi işləri davam etdirilir.

Mediasport.az xəbər verir ki, yeni quraşdırılan süni ot örtüyü FİFA-nın ən son müasir standartlarına cavab verəcək və “Quality Pro” sertifikatına malik olacaq.

Binə qəsəbə stadionu hazırda I Liqa, II Liqa, Əvəzedicilər liqası, həmçinin aşağı yaş qrupu komandaları tərəfindən istifadə olunur.